Bank “BTB” ASC Reklam və İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir

Bank “BTB” ASC Reklam və İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Namizədə tələblər:

– Ali təhsil;
– Qeyd olunan sahədə minimum 3 il iş təcrübəsi;
– Azərbaycan və rus ( əla) dil bacarıqları;
– Yüksək səviyyədə kontent düzəlişi bacarığı;
– Xarici dildən Azərbaycan dilinə və əksinə tərcümə bacarığı;
– Kreativ düşüncəyə malik olmaq;
– Sosial şəbəkələrin iş prinsipini bilmək;
– Görüş və tədbirlərin keçirilməsi təcrübəsi;
– Dinamik, çevik mühitində işləmək bacarığı;
– MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
– Press-reliz yazmaq bacarığı;
– Entuziazmlı və öz üzərində işləməyi sevən, fərdi inkişafa meyilli;
– Proaktiv olmaq;
– Komandada işləməyi bacarmaq və sevmək.

Vəzifə öhdəlikləri:
– Kontentin yaradılması və onun dolğun şəkildə təqdimatı;
– Brif üzərində sosial şəbəkə paylaşımları üçün mətn tərtibi;
– Press-reliz tərtibi;
– Hazır mətnlərin düzəlişləri;
– Görüşlərin, təlimlərin təşkili;
– Ümumi görüşlərdə, breynstorminqlərdə iştirak.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini p.yusifova@btb.az elektron ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button