Cümə, 22 Avqust, 2025

Bank “BTB” ASC Xəzinə şöbəsinin Mütəxəssis - xəzinədarı vəzifəsinə işə qəbul elan edir


  • Dərc edildi: 18 Mart, 2022 - 16:30
Bank “BTB” ASC Xəzinə şöbəsinin Mütəxəssis - xəzinədarı vəzifəsinə işə qəbul elan edir

Bank “BTB” ASC Xəzinə şöbəsinin Mütəxəssis - xəzinədarı vəzifəsinə işə qəbul elan edir. 2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir. Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə öhdəlikləri: 1.Qüvvədə olan qanunvericiliyə əsasən xəzinə işinin təşkil edilməsi. 2.Məxfilik və təhlükəsizlik tələblərinə riayət olunmaqla yüksək səviyyəli xəzinə xidmətlərinin göstərilməsi; nağd pul və digər qiymətlilərin qəbul edilməsi, verilməsi, uçotunun aparılması, saxlanılması və qorunmasının təmin edilməsi. 3.Müştərilərə valyuta mübadilə xidmətlərinin göstərilməsini təmin etmək. 4.Xəzinə əməliyyatları üzrə təyin olunmuş hesabatları, habelə xəzinənin fəaliyyətinə dair digər zəruri hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək. 5.Şöbə müdirinin xəzinə əməliyyatları barədə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək. Namizədə tələblər Ali təhsil; Bankda ən azı 1-2 il xəzinədar vəzifəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir; Təşəbbüskarlıq; Komandada işləmək bacarığı; Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti; Riyazi hesablama aparmaq qabiliyyəti; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (“Mütəxəssis - Xəzinədar”)göstərməyiniz xahiş olunur.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 307
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 64
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7175
Sumqayıt Dövlət Univ...