24 Yanvar 11:09

Bank İstehlak Kreditləri üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş mütəxəssis vakansiyaları elan edir

Azərbaycan Beynəlxalq Bankı İstehlak Kreditləri üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş mütəxəssis vakansiyaları elan edir.

Vəzifə öhdəlikləri:

– Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək;

– Kredit portfelini formalaşdırmaq və idarə etmək;

– Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımların həyata keçirmək;

– Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılmaq;

– Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;

– Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;

– Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;

– Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.

Vakant vəzifə üzrə tələblər:

Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);

– Bank sahəsində (Satış və ya istehlak kreditləri üzrə) 1-3 il iş təcrübəsi;

– Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;

– Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir);

– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək.

Namizədlər öz CV-lərini mövzu hissəsində İstehlak Kreditləri üzrə namizəd qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Bəyən və paylaş