5 İyul 12:04

“Bank kanalları şöbəsində satış meneceri” vakansiyası

“PAŞA Sığorta” ASC namizədləri “Bank kanalları şöbəsində satış meneceri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

– Cəmiyyət tərəfindən həyata keçirilən layihələrə bölgədə nəzarətin təmin edilməsi, habelә cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi;

– Bank sığortası satış meneceri mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir;

– Bank, bank olmayan kredit təşkilatı və lizinqlər ilə mütəmadi görüşlər keçirərək, “PAŞA Sığorta” ASC-nin bank sığorta məhsullarının satışını həyata keçirir.

Bilik və bacarıqlar:

– Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;

– Dil bilikləri: Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.

– Müştəri xidmətlər sahəsində minimum 2 il iş təcrübəsi, Sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.

Son müraciət tarixi: 30 iyul, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi ünvanına göndərin.

Bəyən və paylaş

Rəylər

rəy(lər)