Bank Marketinq Kommunikasiyaları üzrə Menecer vəzifəsinə işə qəbul elan edir

“Rabitabank” ASC  Marketinq departamentinə, Marketinq Kommunikasiyaları üzrə Menecer vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Bankın PR və marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştirak etmək;
  • Marketinq kampaniyalarının hazırlanmasında, tətbiqində və geniş auditoriyaya çatdırılmasına aktiv dəstək göstərmək;
  • Bankın korporativ sosial məsuliyyət proqramını formalaşdırmaq və icrasını təmin etmək;
  • Bankın təmsil olunduğu bütün onlayn kanallarda müəyyənləşdirilmiş standartları tətbiq etmək və kontent, eləcə də, kommunikasiya üçün təkliflər vermək və monitorinqini aparmaq;
  • KİV-lə aktiv işləmək, mətbuat tədbirlərini təşkil (mətbuat-konfransı, müsahibə) etmək;
  • Bankın rəqəmsal və ənənəvi kanallarda brend qaydalarına və öncədən müəyyənləşmiş hədəflərə uyğun olaraq bankın təmsil olunmasını təmin etmək;
  • Bankın brendinin gücləndirilməsi və imicinin yüksədilməsi üzrə tədbirləri hazırlamaq və həyata keçirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Marketinq / PR sahəsində azı 3 il iş təcrübəsi;
  • Google AdWords, Facebook ads manager, e-mail marketinq alətlərindən istifadə bacarığı;
  • Azərbaycan və rus dillərini səlis, ingilis dilini yüksək səviyyədə bilməli.

Davranış səriştələri:

  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Layihələrin idarə edilməsi bacarığı;
  • Yüksək kommunikasiya, təqdim etmə və yazılı ünsiyyət qurma bacarığı.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Rəylər

rəy(lər)