9 Noyabr 00:07

Bank PR menecerləri üçün təlim

11-12 noyabr tarixində Bakıda “World Business Centre”də “Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə Bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün “Bank sektorunda PR” və “Böhran Kommunikasiyası” mövzusunda növbəti təlim keçiriləcək. Təlimi Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və “Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılacaq.
Təlimdə iştirakçılara hər bir PR menecerin masa üstü ədəbiyyatı ola biləcək ictimaiyyətlə əlaqələrin idarə edilməsi mövzusunda “Nəyi? Necə? Nə vaxt?” kitabı hədiyyə olaraq paylanılacaq

Qeyd: təlim ödənişlidir! 50AZN

Təlimdə iştirak ilə bağlı posterdə göstərilən [email protected] ünvanına mail yaza bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)