18 Dekabr 12:20

Bank sektorunda işləməyi planlaşdıran və ya yeni işə qəbul olanlar üçün fürsət

Mövzu qrupu: Digər
Kod: T801
Başlanma tarixi: 29.01.2019
Saat: 19:00 – 21:00 (Ç.ax, C. ax. ,Ş)
Qiymət : 1200 AZN

 

Qısa məzmunu

 

Müddəti104 saat
Kimlər üçün nəzərdə tutulub♦ Banklarda yeni işə qəbul edilmiş mütəxəssislər

♦ Bank sektorunda işləməyi planlaşdıran şəxslər

Sertifikatlaşma qaydalarıTəlim mövzuları üzrə keçirilən 6 testin ümumi nəticələri üzrə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “müvəffəqiyyət”, bundan aşağı nəticə göstərənlərə isə “iştirak” sertifikatı təqdim olunur.

 

Proqramın qısa məzmunuTəlimdə dinləyicilər öyrənəcəklər

Modul 1. Azərbaycanın iqtisadi və maliyyə sistemi

► İqtisadi sistemlər və onların xüsusiyyətləri

► Maliyyə sisteminin rolu və strukturu

► Bank sistemi

► Pul siyasəti

♦ müxtəlif iqtisadi sistemləri və onların mahiyyətini

♦ maliyyə bazarlarının növlərini və onların xüsusiyyətlərini

♦ maliyyə vasitəçilərinin ölkənin iqtisadi sistemindəki rolunu

♦ bankların iqtisadi sistemdə rolunu

♦ Azərbaycan bank bazarının vəziyyətini

♦ pulun funksiyalarını

♦ AMB-nin həyata keçirdiyi pul siyasətini

Modul 2. Bank fəaliyyəti ilə bağlı qanunvericilik

► Bankların xidmətləri

► Bank sirri

► Bankların idarəetmə və təşkilati strukturu

► Bankların müştəriləri: hüquqi və fiziki şəxslər

 bank fəaliyyəti və bank xidmətləri

 bank sirrini

 bankların idarəetmə quruluşunu

 bankların təşkilati strukturunu

 hüquqi şəxslər və onların xüsusiyyətlərini

 fiziki şəxslər və onların xüsusiyyətlərini

Modul 3. Bank məhsulları və xidmətləri

Submodul 3.1. Bank hesabları
► Hesabların növləri

► Hesabların açılması qaydaları

► Hesabların növündən asılı olaraq onların açılması üçün tələb olunan sənədlərin siyahısı

► Hesabların aparılması

► Hesabların iş rejiminə nəzarət

► Hesablar üzrə əməliyyatların aparılmasına görə komisyon tariflər

► Əməliyyatlara məhdudiyyət və qadağaların qoyulması qaydalarını

► Hesabların bağlanması

 bank məhsulu anlayışını

 bank məhsullarının növlərini

 hesabların növlərini

 hesabların açılmasının qaydalarını

 hesabların növündən asılı olaraq onların açılması üçün tələb olunan sənədlərin siyahısı

 hesabların aparılmasının qaydalarınıhesabların iş rejiminə nəzarət sisteminin təşkilini

 hesablar üzrə əməliyyatların aparılmasına görə bankların komisyon tarifləri, onların müəyyən edilməsi və tutulmasını

 hesablar üzrə əməliyyatlara məhdudiyyət və qadağaların qoyulması qaydalarını

hesabların bağlanması qaydalarını

Submodul 3.2. Depozitlər
► Depozitlərin qəbulu üzrə hüquqi baza

► Depozitlərin növləri

► Faizlərin hesablanması

► Depozitlərlə əməliyyatlar

 depozitin anlayışını

 depozit əməliyyatlarının hüquqi bazasını

 depoziti növlərə bölən xüsusiyyətlərini

 depozitlər üzrə faizlərin hesablanması texnikasını

 depozitlər üzrə müxtəlif ödəniş qaydalarını

 depozitlərin vaxtından əvvəl götürüldüyü zaman faizlərin yenidən hesablanması

Submodul 3.3. Nağd əməliyyatlar
► Kassa qovşağı, mahiyyəti və tərkibi

► Mədaxil əməliyyatları

► Məxaric əməliyyatları

► Bankomatlarla iş

► İnkassasiya iş

 kassa qovşağının mahiyyətini

 mədaxil, məxaric, yenidənsayma, gündüz və axşam kassalarının mahiyyətini və fərqlərini

 məxaric əməliyyatlarının mahiyyətini və tələb olunan sənədləri

 mədaxil əməliyyatlarının mahiyyətini və tələb olunan sənədləri

 bankomatlarla işin mahiyyətini

 inkassasiya işinin mahiyyəti

Submodul 3.4. Ödəniş sistemləri və təcili pul köçürmə sistemləri
► Beynəlxalq ödəniş sistemləri (SWIFT)

► Milli ödəniş sistemləri (AZİPS, XÖHKS, KÖMİS)

► Təcili pul köçürmələri

► Hesab açmadan aparılan əməliyyatlar

 ödəniş sisteminin mahiyyətini

 SWIFT-in iş sistemini

 AZİPS, XÖHKS və KÖMİS-in mahiyyətini

 AZİPS, XÖHKS və KÖMİS-in iş sistemini

 təcili pul köçürmələri və onların adi köçürmələrdən fərqlərini

 hesab açmadan aparılan əməliyyatların növlərini

Submodul 3.5. Nağdsız əməliyyatlar
► Nağdsız hesablaşmaların formaları

► Ödəniş tapşırıqları ilə hesablaşmalar

► İnkasso sərəncamları ilə hesablaşmalar

► İnkasso üzrə hesablaşmalar

► Akkreditiv üzrə hesablaşmalar

 nağdsız hesablaşmaların mahiyyətini

 nağdsız hesablaşmaların növlərini

 ödəniş tapşırıqları ilə işi

 inkasso sərəncamları ilə hesablaşmaların mahiyyətini

 inkasso üzrə hesablaşmaların mahiyyətini

 akkreditiv üzrə hesablaşmaların mahiyyətini və növlərini

Submodul 3.6. Valyuta rejimi
► Valyuta qanunvericiliyi

► Ölkəyə nağd valyutanın gətirilməsi və ölkədən aparılması

► Ölkədən valyutanın köçürülməsi

 valyuta qanunvericiliyini

 valyuta tənzimlənməsi üzrə Azərbaycan Mərkəzi Bankının rolunu

 ölkəyə nağd valyuta gətirilməsi və ölkədən nağd valyuta aparılması rejimini

 ölkəyə qeyri-nağd valyuta vəsaitlərinin daxil olması və ölkədən köçürülməsi rejimini

Submodul 3.7. Plastik kartlar
► Kart ödəniş sisteminin tarixi

► Ödəniş sisteminin iştirakçıları

► Kartların növləri

► Kart qəbulu cihazları

► Kartlarla əməliyyatlar

► Kartların personalizasiyası

► Plastik kartlarla iş qaydaları

 plastik kartların yaranma tarixi və mahiyyətini

 VISA, Mastercard, AmEx kartları və onların növləri

 kart sahiblərinin hüquqi və vəzifələri

 bank emitentin hüquq və vəzifələri

 postterminallar və onların mahiyyəti

 bankomatlar və onların mahiyyəti

 kartlarla əməliyyatların aparılması və klirinqi

Submodul 3.8. Xarici ticarətin maliyyələşməsi
► Beynəlxalq ticarət əməliyyatları

► Incoterms 2010

► Beynəlxalq ticarətin maliyyələşmə alətləri

► Akkreditivlər

► Bank zəmanətləri

 beynəlxalq ticarətin əməliyyatlarında bankların rolunu

 beynəlxalq ticarət əməliyyatlarında gözlənilən risklər və onların sığortalanması yollarını

 Incoterms 2010 şərtlərini

 akkreditivlərin və zəmanətlərin növləri və onlarla əməliyyatların əsasları

Modul 4. Çirkli pulların yuyulmasına və Terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər

► Mahiyyəti

► Eyniləşdirmə və verifikasiya

► Şübhəli əməliyyatlar

 Pulların yuyulmasına qarşı mübarizənin əhəmiyyəti

 Eyniləşdirmə və verifikasiya tələbləri

 Şübhəli əməliyyatların xüsusiyyətləri

Modul 5. Kredit işi

► Bank kreditinin mahiyyəti

► Kredit fəaliyyətinin təşkili

► Kreditləşmə üzrə səlahiyyətlərin bölgüsü

► Kreditlərin əsas növləri

     ■ Biznes kreditlər

     ■ Mikrokreditlər

     ■ İstehlak kreditləri

► Kreditlərin qiymətləndirilməsində “6C” prinsipi

► Biznes kreditin maliyyə təhlili. İstehsal və xidmətin fərqi

     ■ Mühasibat balansı

     ■ Mənfəət/zərər hesabatı

     ■ Pul vəsaitlərin hərəkəti hesabatı

► Maliyyə hesabatları arasında əlaqə. Sahibkarların tipik səhvləri

► Maliyyə əmsalarından istifadə: əməliyyat, likvidlik və səmərəlilik

► Kredit risklərinin minimallaşdırılması

► Kreditin monitorinqi: növləri və formaları

► Kreditdə problemin qabaqcadan müəyyən olunması və onun aradan qaldırılması tədbirləri

► AMB-nin və MBNP-nin kreditləşmə üzrə normativ-hüquqi aktları

 kreditləşmənin bankın strategiyası və mənfəətliliyi ilə uzlaşdırılmasını

 kredit siyasətinin və kredit proseduralarının rolunu və əhəmiyyətini

 kredit komitəsi və kreditləşmə üzrə qərar qəbul edən digər strukturların vəzifələrini

 riskli kreditlərin bankın mənfəətliliyinə təsirini azaltmaq üçün görülməli olan tədbirləri

 qiymətləndirmə yanaşmaları üzrə fərqlənən kreditlərin əsas növlərini

 kreditləşmə mərhələləri çərçivəsində kredit işçilərinin vəzifələrini

 kreditlərin “6C” prinsipi prizmasından qiymətləndirilməsini

 borcalanın maliyyə layiqliyinin qiymətləndirilməsində pul vəsaitlərinin axınları proqnozunun əhəmiyyətini

 kredit risklərinin təsnifləşdirilməsini və onların minimallaşdırılması yollarını

 kredit monitorinqinin növləri və formalarını

 kreditlər üzrə problemlərin əvvəlcədən müəyyənləşdirməyin və onların sığortalanmasının yollarını

 problemli kreditlərin idarə edilməsi alətlərini

 AMB-nin və MBNP-ninkreditləşmə üzrə normativ-hüquqi aktlarını

Modul 6. Marketinq və müştəri xidmətləri

► Bank məhsul və xidmətlərinin xüsusiyyətləri

► Marketinqin 4 P komponenti

► Müştəri seqmentasiyası

► Müştəri xidmətinin mahiyyəti

► Bank müştəri xidmətinin xüsusiyyətləri

► Satış prosesinin mərhələləri

Ətraflı məlumat: abtc.az

Tel.: (+994-12) 4970710 / 11 / 12

(+994-50) 2253888

Email: [email protected]

World Business Center (10-cu mərtəbə)

Səməd Vurğun küç., 43

Bakı, AZ-1014, Azərbaycan

Bəyən və paylaş

Rəylər

rəy(lər)