Bank sistemləri sahəsinin sistem developeri vakansiyası

Bank sistemləri sahəsinin sistem developeri

 

Ümumi məlumat

 

Kapital Bank namizədləri Bank sistemləri sahəsinin sistem developeri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

 

  • Məlumat bazasının layihələndirilməsində iştirak
  • SQL, T-SQL dilində skriptlərin işlənib hazırlanması və test olunması
  • İşlənib hazırlanan həllərin sənədləşdirilməsi
  • BI Publisher və Tibco Spotfire hesabatlılıq sistemlərində hesabatların hazırlanması
  • Hesabatlarla bağlı problemlərin araşdırılması və həll edilməsi
  • İstifadəçilərin məlumatlandırılması və məsləhətlərin verilməsi
  • SQL üzrə sorğuların modifikasiyası, məlumat bazasının yeni imkanlarından istifadə üzrə tövsiyələrin verilməsi
  • ETL-prosedurların, hesabatların işlənib hazırlanması üçün detallı şəkildə istiqamətlərin yazılması və razılaşdırılması
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili

komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə

dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirilməsi.

 

 

Tələblər

 

  • Ali təhsil
  • İnformatika və texniki sahə üzrə ixtisas
  • Yaxşı səviyyədə SQL, T-SQL bilikləri
  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az  portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bir cavab yazın

Back to top button