Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Bank Respublika ASC Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:
  • İşlərin bankın təhlükəsizlik strategiyasına uyğun olaraq qurulması;
  • İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işin təşkili;
  • Bankın ərazisində olan əməkdaş və müştərilərin təhlükəsizliyinin təmin olunması;
  • Mühafizə və buraxılış rejiminin təşkili haqqında qaydalara nəzarət;
  • Mühafizə və video müşahidə kameraları vasitəsi ilə nəzarət.
Namizədə qarşı tələblər:
  • Ali təhsil;
  • Təcrübə: Təhlükəsizlik xidməti, Məhkəmə və hüquq mühafizə orqanlarında təcrübə;
  • Əməyin mühafizəsi qayda və normaları, təhlükəsizlik və yanğından mühafizə texnikası ilə bağlı biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az