Bank Yevlax filialına Kiçik və Orta Sahibkarlara Xidmət üzrə Mütəxəssis ( KOS nümayəndə) vəzifəsinə vakansiya elan edir

Azərbaycan Beynəlxalq Bankı Yevlax filialına Kiçik və Orta Sahibkarlara Xidmət üzrə Mütəxəssis ( KOS nümayəndə) vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

 

  • Koordinasiya işlərinin aparılması;
  • Müştərilərin idarə edilməsi;
  • Bankın kiçik və orta sahibkarlıq subyektlərinə təqdim edilən məhsulların izah edilməsi.

 

Bizim üçün ideal namizəd:

 

  • Ali təhsii (iqtisadi üstünlükdür);
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyət olan şəxsdir.

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Yevlax- KOS nümayəndə Edumap.az” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Bir cavab yazın

Back to top button