Bankda İnformasiya təhlükəsizlik sistemləri üzrə baş mütəxəssis vakansiyası

Azərbaycan Beynəlxalq Bankı İnformasiya təhlükəsizlik sistemləri üzrə baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

 

Görəcəyiniz işlər:

  • İT sistemlərinin daimi monitorinqi;
  • Problemlərin aşkarlanması və analiz olunması;
  • Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı bir sıra işçi qruplarının məlumatlandırılması;
  • Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;
  • Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
  • Xüsusi sistem icazələrinin verilməsi və qeydiyyatının aparılması.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Sahə üzrə minimum 3 il iş təcrübəli;
  • Microsoft (MCSA), Red Hat (RHCSA), CEH, CISSP üzrə sertifikatlara sahib (üstünlükdür);
  • Windows Server 2012/2019, Serverlərdə VMware ESXİ qurulması, sazlanması üzrə təcrübəsi olan;
  • Active Directory, DNS, WSUS, DHCP, Terminal Server, vmware ilə iş təcrübəli;
  • Linux əməliyyat sistemi üzrə biliklərə malik;
  • Endpoint Security, GPO, PİM/PAS,  Firewall configuration, scripting knowledge (bash, powershell, python) bilik və təcrübəsi olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnformasiya təhlükəsizlik sistemləri üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az

Bir cavab yazın

Back to top button