BANM-də “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı keçirildi

Edumap.az xəbər verir ki, Bakı Ali Neft Məktəbində  (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, “Proseslərin avtomatlaşdırılması mühəndisliyı” ixtisasının IV kurs  tələbəsi Kərim Kərimovun Azərbaycan Respublikası Gənclər Fondunun qrantı əsasında  “Gənc Robot Mühəndislər” layihəsinin  təqdimatı keçirildi.

BANM-in rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq layihə iştirakçılarını salamladı və  “Robototexnika”nın Azərbaycanın iqtisadiyyatı üçün vacib bir istiqamət olduğunu bildirdi.

Sonra NASA-da çalışmış məşhur Azərbaycanlı gənc alim Teymur Sadıxov layihə iştirakçıları qarşısında məruzə ilə çıxış etdi.

Qeyd edək ki layihə çərçivəsində Bakı şəhərində müxtəlif universitetlərdə təhsil alan I və II kurs tələbələri arasından seçilmiş 20 iştirakçıya (hər bir komandada 4 nəfər olmaq şərti ilə 5 komanda) “Robototexnika”nın nəzəri və təcrübi istiqamətləri barədə  əyani metodiki  vəsaitlərlə  5 günlük seminar keçiriləcək və seminarların son günündə komandalar arasında yarışma təşkil olunacaq. Yarışmada  komandalara  müxtəlif  hissələrdən robot hazırlanması tələbi qoyulacaq və  ilk yer tutan komanda üzvlərinə  metodiki elektronik hissələrdən ibarət hədiyyə paketi veriləcək. Onlar gələcəkdə həmin avadanlıqdan istifadə edərək öz biliklərini mütəmadi tətbiq etmək imkanı qazanacaqlar.

Bir cavab yazın

Back to top button