2 Oktyabr 11:37

BANM mühəndislik ixtisası üzrə təhsil alan bütün universitet tələbələrinə əla şans!

İndi Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan digər universitet tələbələri də bu imkandan yararlana biləcəklər!

Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram tam olaraq ingilis dilində aparılacaqdır.

*Proqramda İştirak ödənişsizdir.

Layihə sizə nə verəcək?

  • Biznes sahəsində bilik və bacarıqlara yiyələnmək
  • Praktiki məşğələlərdə iştirak etmək
  • BP və digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi və müzakirə imkanları
  • Bakı Ali Neft Məktəbinin ən qabaqcıl və beynəlxalq sertifikatlı heyətindən təhsil almaq
  • BP və Bakı Ali Neft Məktəbinin (BANM) birgə sertifikatı ilə təmin edilmək

 

Proqram Bakı Ali Neft Məktəbinin beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən  həyata keçiriləcəkdir. Təlimlər oktyabr-dekabr ayları ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcəkdir.

 

Proqrama daxil olan modullar:

  • Prezentasiya və kommunikasiya bacarıqları
  • Layihə idarəetməsi
  • Vaxtın idarəedilməsi və səmərəlilik
  • Liderlik
  • Risklərin idarəedilməsi
  • Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş
  • İnsan resurslarının idarəedilməsinin əsasları
  • Danışıq bacarıqları

Kimlər müraciət edə bilər:

  • Hal hazırda yalnız mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri.
  • Yalnız ingilis dili bacarıqları yüksək olan tələbələr

Qeydiyyat üçün aşağıda qeyd edilən məlumatları [email protected] elektron ünvanına göndərməyiniz xahiş edilir.

Qeydiyyat üçün son tarix: 20 oktyabr, 2018.

Tələb olunan sənədlər:

 

Yerlərin məhdud olduğunu nəzərə alaraq tezliklə qeydiyyatdan keçməyniz tövsiyyə olunur. Proqrama qəbul olan tələbələrə 25 oktyabr, 2018-ci il tarixinədək məlumat veriləcəkdir.

 

Əlavə suallarınız üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz.

Email: [email protected]

Telefon: 0125210000 ( daxili: 33022)

Bəyən və paylaş

Rəylər

rəy(lər)