9 İyul 18:50

BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün ərizələri qəbul edir

Diqqət ! Diqqət! 📣

Söz verdiyimiz kimi , yeni və maraqlı xəbərlərlə qarşınızdayıq ☺️

İnnovasiyalar Agentliyinin nəznində BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün ərizələri qəbul edir

Cari ilin 9-12 sentyabr tarixlərində Macarıstanın Budapeşt şəhərində “ITU Telecom World” sərgisi təşkil olunacaq. Sərgidə İKT nazirləri, sənaye təşkilatları, innovativ texnologiya məsələləri, innovatorlar və İKT sahəsi ilə yaxından əlaqəli olan qurumlar iştirak edəcək. 2018-ci ildə tədbirdə 94 ölkədən 3700-dən çox iştirakçı olmuş, 150-dən çox məruzəçi, 300 investor və tərəfdaşlar iştirak etmişdi.

Tədbirin əsas məqsədi növbəti mərhələyə yüksəlmək üçün layihələrə texnologiya, investisiya və şəbəkə sahəsində dəstək göstərmək və onlara öz həllərini və ya məhsullarını nümayiş etdirmək üçün fürsət verməkdən ibarətdir. Sərgidə hər hansı məhsul və ya xidmət təklif edən, sosial yönümlü həll yolları nümayiş etdirən İoT, Aİ, 5G, Smart City, səhiyyə, təhsil, maliyyə, media və əyləncə yönümlü startaplar iştirak edə bilər.

ITU Telecom World 2019 sərgisində iştirak etmək istəyən startaplar Barama Innovation & Entrepreneurship Center müraciət edə bilər.

Təqdimatlar 18.07.2019-cu il tarixinədək [email protected] email ünvanına göndərə bilərsiniz. 📌

Bəyən və paylaş

Rəylər

rəy(lər)