Barama İnnovasiya və Sahibkarlıq mərkəzində Payız təcrübə proqramı elan olunur

Barama İnnovasiya və Sahibkarlıq mərkəzində koordinasiya fəaliyyətlərində gənclərin iştirakını təmin etmək üçün Payız təcrübə proqramı elan olunur.

Öyrənmək istəyən, startaplarla, innovativ layihələrdə, iş/komanda quruculuğu üzrə biliklərini və bacarıqlarını gücləndirmək istəyən, maksimum səhv etməkdən qorxmayan, komanda ilə çalışa bilən insanlarla təcrübələrimizi bölüşürük, birləşdiririk.

Əsas tələb sahələri:
Marketing və PR
Araşdırma
Əməliyyatların idarə olunması

Tələblər(hərəsindən bir az )
1. Tələbə olmalıdır ( 2-ci kurs+ )
2. Komandada işləmək bacarığı
3. Azərbaycan, İngilis dil biliyi
4. Ofis proqram bilikləri
5. Pr və marketing anlayışı
6. İdarəetmə və koordinasiya anlayışı
7. Extravert və kommunikativ olması
8. Araşdırma etmək bacarığı

Müddəti: 3 ay
Son müraciət tarixi: 03.10.20
Proqramın başlama tarixi: 05.10.20
Proqram ödənişsizdir.

Bölmələr ayrılıqda öz informasiyanızı və ya CV, Resume-lərinizi – bölməni maildə mövzu kimi qeyd edərək(Misal: – Edumap.az) [email protected] ünvanına göndərməyiniz xahiş olunur

Bir cavab yazın

Back to top button