25 Oktyabr 18:36

Barama-nın yeni AKSELERASİYA proqramı başlayır

Startaplar!
Bu sizin qlobal bazara çıxmaq imkanınızdır.
Barama-nın yeni AKSELERASİYA proqramı başlayır 🤩


Startap inkişafını sürətləndirməyi hədəfləyən, Barama innovasiya və sahibkarlıq mərkəzi tərəfindən beynəlxalq və yerli mentorların təlim və ekspertiza yardımı ilə 12 həftəlik akselerasiya başlayır. Məqsədimiz sizin startapın dünya bazarına çıxışına, yerli korporativ sektorun rəqəmsallaşdırılmasına yardım etməkdir.

Kimlər iştirak edə bilər?
Dünya bazarına çıxa biləcək potensialı olan rəqəmsal layihələr.

Qazanacaqlarınız:
3 aylıq interaktiv tədris planı və proqramı
Yerli və beynəlxalq mentorların və potensial investorların canlı rəyləri.
Hər komanda üçün 25000 AZN-ə qədər toxum investisiyası əldə etmək imkanı
Potensial texnoloji və maliyyə tərəfdaşlarına çıxış
Qlobal bazarla çıxış üçün dəstək
Mübadilə proqramlarında iştirak imkanı
Bütün komanda üçün ofis sahəsi

Seçim tələbləri:
Komandanın ən azı 2 üzvünün (texniki və biznes) olması
Tam iş günü çalışa bilən üzvün olması

Startapdan tələb olunanlar:
– Texniki sahədə orta səviyyəli ingiliscə danışan bisnes bilikli nümayəndə
– İzahlı prototip və ya ideya (komanda texniki üzvün olması mütləqdir)
– Startapın və ideyanın innovativlik faktorları haqqında məlumat
– Qlobal bazara çıxa biləcək rəqəmsal startap olması vacibdir
– Bir ildən az fəaliyyət göstərmiş layihələrə üstünlük verilir

Qeydiyyat üçün linkə daxil olun: https://bit.ly/2ol0maM
Qeydiyyat üçün son tarix: 22 noyabr

Bəyən və paylaş

Rəylər

rəy(lər)