Cümə, 22 Avqust, 2025

Baş mühasibvakansiyası


  • Dərc edildi: 29 Mart, 2022 - 04:20
Baş mühasibvakansiyası

STP Şirkətlər Qrupu / “STP Global Cable” MMCBaş mühasibvakansiyası elan edir. 2012-ci ildən etibarən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP Şirkətlər Qrupunun məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır. Tələblər: -Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil; -Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi; -MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları; -İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti; -Milli və beynəlxalq uçot standartları üzrə biliklər; -Vergi Məcəlləsi üzrə mükəmməl biliklər; -İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti; -Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi; Hansı işləri görəcəksiniz: -Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq; -Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək; -Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək; -İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək; -Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək; -Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək; -Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir. Əlavə məlumatlar: -Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; -Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə; -İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00; -İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib”[email protected]ünvanına göndərilməsi xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 267
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...