Şənbə, 23 Avqust, 2025

“Baş mühasib” vakansiyası


  • Dərc edildi: 27 May, 2025 - 13:03
“Baş mühasib” vakansiyası

Dövlət Məşğulluq Agentliyi tabeliyində olan Bakı Peşə Hazırlığı Mərkəzində “Baş mühasib” vakansiyasını elan edir. 

 

Əgər büdcə təsnifatı üzrə bilikləriniz, xəzinədarlıqla işləmə təcrübəniz, 1C proqramında sərbəst işləmə bacarığınız və MHBS üzrə PMS sertifikatınız varsa, bu fürsət sizin üçündür! 

 

Vakansiya ilə bağlı ətraflı məlumat aşağıda qeyd edilmişdir. 

 

Vəzifə funksiyaları: 

 

- Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına uyğun maliyyə əməliyyatlarının aparılması; 

- Xərclər smetasının hazırlanması və icrasını təşkil etmək;

- İşçilərin əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri üzrə ödəniləcək vəsaitlərin hesablanmasını və ödənişini təmin edilməsi;

- Xəzinə və bank ödənişlərin icra edilməsi.;

- 1C proqramında mühasibat uçotunun düzgün və vaxtında aparılması; 

- Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;

- Vergi və digər qanunvericilik tələblərinə uyğun olaraq hesabatların düzgün və vaxtında təqdim edilməsi;

- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşməni təmin edilməsi;

- Daxili maliyyə nəzarətinin həyata keçirilməsi;

- Vəzifə üzrə rəhbəlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirilməsi.

 

Vəzifənin tutulmasına dair tələblər: 

 

- Müvafiq sahə üzrə ali təhsil;

- Büdcə xərclərinin iqtisadi təsnifatı üzrə biliklər; 

- Xəzinədarlıqla iş təcrübəsi şərtdir; 

- “Microsoft Office” proqramları və 1C (8.3) proqramında mükəmməl işləmə bacarığı; 

- MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) üzrə PMS sertifikatı mütləqdir. 

 

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

 

- Analitik düşünmə və problem həll etmə bacarığı;

- Komandada işləmək bacarığı; 

- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik. 

 

Göstərilən tələblərə cavab namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 398
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7274
Sumqayıt Dövlət Univ...