Baş mühasib vakansiyası

İT Şirkətlər Qrupu – Baş mühasib

Namizədə aid tələblər

  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
  • 30-45 yaş həddi ,
  • Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
  • Komputer bilikləri – MS office, Logo Unity, ERP, 1C 8.3
  • ACCA , CIMA CFA üzrə sertifikatlar
  • Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
  • Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər
  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər

İş haqqında məlumat

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarəti
  • Kapital və investisiya  qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi.
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarəti
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
  • Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
  • İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
  • Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları, Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
  • Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, İdarəetmə uçotunun qurulması.

 

Çalışma qrafiki: Həftə içi 5 gün, saat 09:00-18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Baş mühasib edumap.az” başlığı ilə) müraciət edə bilərlər.

 

Bir cavab yazın

Back to top button