Baş mühasib vakansiyası

Vəzifə: Baş mühasib İş yeri: Bakı şəhəri İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00 Əmək haqqı: 1300-1500 AZN Vəzifənin icra ediləcəyi şirkət haqqında: Medical Media MMC - Azərbaycanda ilk ixtisaslaşmış tibbi kanaldır. 1 ildən çoxdur fəaliyyət göstərir. Kanal, əsasən, tibb yönümlü veriliş və proqramlar hazırlayır, həmçinin bu sahədə müxtəlif tv və sosial media xidmətləri verir. Tibbi və səhiyyə müəssisələri, Dövlət qurumları, özəl şirkət və şəxslərlə, televiziya və mətbuat orqanları ilə əməkdaşlıq edir. Öhdəlikləri: ·Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri ·Bank əməliyyatları (mədaxil və məxaric) ·Kassa əməliyyatları ·Tender üçün sənədlərin hazırlanması ·İnventarizasiya prosesinin həyata keçirilməsi ·Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi ·Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi; ·Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi ·Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı) ·Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi ·Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması Vəzifəyə tələblər: ·Təhsil – Ali (mühasibatlıq, maliyyə və uyğun istiqamətlər üzrə) ·Təcrübə - 5 ildən çox (2 il baş mühasib kimi) ·Vergi və əlaqəli qanunvericiliyi bilmək ·Riyazi məntiq ·Analitik təhliletmə qabiliyyəti ·Detallara diqqət ·Məsuliyyətlilik ·Dəqiqlik ·Etibarlılıq Müraciət qaydaları: CV-ni[email protected]ünvanına “Baş Mühasib” başlığı (tema/subject) ilə göndərirsiniz. Qeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur. Son müraciət tarixi27.09.2021

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az