"Baş mühasib" vəzifəsi üzrə vakansiya

Agro-West DC MMC "Baş mühasib" vəzifəsi üzrə vakansiya elan edir: Vakansiya: Baş Mühasib Əmək haqqı:Müsahibə əsasında İş yeri: Qaradağ ray.,Lökbatan qəs. Vəzifəyə olan tələblər: -Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir; -Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır; -Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparılır; -Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur; -Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir; -Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir; -Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır; -Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir; -Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir; -İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir; -​​​​​​​Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir; ​​​​​​​-Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir; ​​​​​​​-Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir; -Ayın bağlanmasını həyata keçirir; -Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir; ​​​​​​​Namizədə olan tələblər: -Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili; -Təcrübə: Maliyyə-mühasibat işi üzrə 3ildən az olmayaraq iş stajı; -Kompyuter biliyi:Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı,ERP və digər İT platformalarda işləmə bacarığı; -IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər; -İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir; -Vaxtın düzgün idarə edilməsi qabiliyyəti; -Dil biliyi: Azərbaycan, Rus. Namizədlərdən CV-lərini"Baş mühasib"mövzusu ilə[email protected]ünvanına göndərmələri xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az