"Baş mühasib" vəzifəsi üzrə vakansiya

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi "Baş mühasib" vəzifəsi üzrə vakansiya elan edir: Namizədə dair tələblər: Təhsil: Tam ali təhsil (maliyyə/iqtisadiyyat); Xüsusi biliklər: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və İdarəetmə üzrə müvafiq sertifikat və ya diplom, büdcə və maliyyə idarəetməsi prosesləri və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər, Maliyyə və idarəetmə uçotunun bütün elementlərini mükəmməl bilməli, Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyini bilməli; Təcrübə: Analoji sahə üzrə 3 iliş təcrübəsi Dil bacarığı: Səlis Azərbaycan dili, rus dili və ya ingilis dili bilikləri; Kompüter bacarığı: İT resursları və müasir ofis proqramları üzrə biliklər; Digər bacarıqlar: Analitik təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı, qərarvermə, təşəbbüskarlıq bacarığı, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti. İşin təsviri: -Maliyyə uçotunun aparılması və maliyyə hesabatlarının tərtibatı üzrə MHBS-na uyğun daxili biznes prosedurları hazırlayır, tətbiqinə nəzarət edir; -Aylıq, rüblük və illik fəaliyyət üzrə maliyyə hesabatlarını hazırlayır və rəhbərliyə təqdim edir; -Ayrılmış maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasını təmin edir, onların müəyyən olunmuş qaydada uçotunu təşkil edir; -Növbəti təqvim ili üçün vahid xərclər smeta layihəsinin tərtibinə nəzarət edir və bununla əlaqədar struktur bölmələrə metodoloji dəstək göstərir; -Hazırlanmış büdcə layihəsinin rəhbərlik vəBüdcə Komissiyası ilə müzakirələrində iştirak edir; -İş qrafiki 9:00-18:00; Göstərilən tələblərə cavab verən namizədlər özCV-lərini mövzuda vakansiyanın adını qeydetməklə[email protected]elektron ünvanına göndərə bilərlər. _______________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az