19 Fevral 20:08

Baş təlimçi vakansiyası

Vəzifə: Baş təlimçi
İş yeri: Bakı, Azərbaycan
Müraciətin son tarixi: 24.02.2020

Müqavilənin növü: Əmək müqaviləsi
Layihənin müddəti: May 2018 – Sentyabr 2020

Ümumi məlumat

“Yerli İdarəetməyə Yardım İctimai Birliyi” tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi və “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi ilə birgə “Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi və inklüziv təhsil modelininin tətbiqi proseslərinə vətəndaş cəmiyyətinin inteqrasiyası” proqramı çərçivəsində həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqların artırılması” layihəsini icra edir. Layihənin ümumi məqsədi Azərbaycanın 6 bölgəsində (Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı, Cəlilabad) inklüziv təhsil sistemi üçün müəllimlərin tədris imkanlarının və idarəetmənin, habelə pedaqoji resursların və siyasətin təkmilləşdirilməsindən ibarətdir.

Vəzifə və öhdəliklər

 Layihədəki bütün təlim fəaliyyətlərinin təlim təqvimini hazırlamaq və idarə etmək;
 Təlimlərin effektivliyini qiymətləndirmək və Layihə rəhbərinə hesabatlar təqdim etmək;
 Təlim xərclərinin büdcəni aşmamasına nəzarət etmək;
 Layihə çərçivəsində yaradılacaq resurs mərkəzlərindəki təlim fəaliyyətlərini idarə etmək;
 Yeni təlimçiləri qiymətləndirmək, hazırlamaq və onlara rəhbərlik etmək ;
 Bütün təlim fəaliyyətlərini vaxtlı-vaxtında həyata keçirmək;

Tələb olunan təcrübə və kvalifikasiya

 Müvafiq vəzifə üzrə iş təcrübəsi olmalı (beynəlxalq layihələrdə iş təcrübəsi olanlara üstünlük veriləcək);
 Müxtəlif təlim və tədris metodlarından istifadə bacarığı;
 Mükəmməl qərar qəbul etmə və təşkilatçılıq bacarığı;
 Vaxtın idarəolunması bacarığı;
 Yüksək ünsiyyət qurma və komandada işləmə bacarığı;
 MS Office və verilənlər bazası ilə işləmə bacarığı

Dil bilikləri:

 İngilis dili

Müraciət:

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan maraqları ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini aşağıda qeyd olunan e-mail ünvana göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (baş təlimçi edumap.az) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.
E-mail: [email protected]

Bəyən və paylaş