“Başla!” Karyera Hazırlıq Düşərgəsi

Əziz gənclər, sizi Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Karyera məsləhətçisi Toğrul Ələkbərin təqdimatında “Başla!” Karyera Hazırlıq Düşərgəsinə dəvət edirik! 🤩

Koronavirus (COVID-19) pandemiyasının hökm sürdüyü bu dövrə əksəriyyətimiz istirahət kimi baxdı, bir çoxumuz şəxsi inkişafa vaxt ayırmadı. Amma əsas olan bundan sonra etməli olduqlarımızdır.

“Nəyi necə etməliyik?” sualının cavabını isə “Başla!” Karyera Hazırlıq Düşərgəsi vasitəsilə tapacaqsınız!

Əsas mövzular:

– Post-pandemiya dövründə karyera planlaması;
– Məqsədlərin təyini;
– Şəxsi brendiqin əsasları;
– Rezyume;
– Müsahibə.

Layihənin davam etmə müddəti: 1 ay
Başlama tarixi: 28 iyul

Təlimlər həftənin 2 günü:
Çərşənbə axşamı – 20:00 və Şənbə günü – 11:00-da baş tutacaq.

Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat üçün link: https://forms.gle/yQZXYtMwC56VgTbZ9
Son qeydiyyat tarixi: 27 iyul, 12:00

Layihənin onlayn olmasına baxmayaraq, ünsiyyət və praktika üçün şərait yaradılacaq ki, düşərgədən müsbət nəticə ilə ayrılasınız. 😊

QEYD: Karyera Hazırlıq Düşərgəsində iştirak ödənişsizdir və sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.

Şəxsi inkişaf üçün vaxt itirmədən sən də BAŞLA!

Bir cavab yazın

Back to top button