17 Aprel 20:40

“Bax Belə” fərdi sərgi

“Bax belə“ – gənc və istedadlı rəssam Aydan Buniyatova ilk fərdi sərgisini bu cür adlandırıb.
O, dünyaya özünün cəsur, bəzən kəskin və inkarsız, hərdən düşüncəli və iti baxışlı, diqqəti cəlb edən birmənalı nəzərlə baxmağı təklif edir. İşlərinin əsas mövzusu onu əhatə edən insanların portretləridir. Buna baxmayaraq, o, özünü portretçi adlandırmır. İşləri müasirlərinin mürəkkəb tale və xarakterlərinin ifadəsindən daha çox onun impulsiv və coşqun temperamentini əks etdirir. Rəssamın şəkillərinin döyünən ekspressiyasının sirri rəng, işıq və teksturanın qarışığındadır. Aydan geniş ümumiləşmiş müstəviləri asan və sərbəst yapan kiçik və inamlı cizgilərlə portret etüdunun kompozisiyasını ifadəli şəkildə həll etməklə, nəinki formanı inandırıcı şəkildə çıxarmağı bacarır, həm də müxtəlif adamların daxili aləmlərini kəskin surətdə açır. Parlaq rəng ahənginin, pop-art qəsdliyinin və fotoşəkil qədər tam oxşarlığın seçimində o, cəsur və inadcıldır, modellərinin psixoloji incəliklərinin və çalarlarının açılması problemləri onu az maraqlandırır. Aydan daha çox öz estetik normalarını yürüdən və özünün də bir hissəsi olduğu stritart, mass-mediya mədəniyyətinin incəlikələrini verərək zamanının əlamətlərini tutmağı qarşısına məqsəd qoyur.
Aydan 22 iyun 1993-cü ildə Bakıda anadan olub. 134 saylı orta ümumtəhsil məktəbində təhsil alıb. Rəssamlığı İncəsənət Gimnaziyasında öyrənib. 2013-cü ildə Xəzər universitetinin biznes inzibatçılığı fakültəsini bitirib. Həmin il nüfuzlu London incəsənət universitetinə qəbul olunub və 12 əsas fənndən sertifikat alaraq 2015-ci ildə oranı bitirib. Hal-hazırda Bakıda yaşayır və Emin Qəhrəmanovun Em Art Studiyasında çalışır.

“Bax belə” aprel ayının 23-də saat 10:00-19:00  QGallery (Qız Qalası) rəsm qalereyasında açılacaq və aprel ayının 26-dək davam edəcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)