” Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması üçün müsabiqə elan olunub

MÜSABİQƏ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə “Bax, İstifadə et, Yarat!”
adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini ELAN EDİR!
Müsabiqənin məqsədi:
Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.

Müsabiqənin şərtləri:
– Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)
– Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı (data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.
– Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.

Müsabiqədə qiymətləndirmə meyarları:
1 Sosial əhəmiyyət
2 Funksionallıq
3 Tamlıq
4 Dizayn
5 Məzmun

Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.

Müsabiqənin mükafat fondu:
– 1-ci yer – 2000 AZN
– 2-ci yer – 1500 AZN
– 3-cü yer – 1000 AZN
– İştirakçı tələbələr “Microsoft BizSpark” layihəsi çərçivəsində “Microsoft”un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər.
– Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;
– Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya “Elektron imza” sertifikatı təqdim ediləcək.

DİQQƏT!
“Bax, İstifadə et, Yarat!” müsabiqəsində iştirak etmək istəyənlər 13.11.2017-ci il tarixindən başlayaraq data.gov.az portalındakı “Müsabiqələr” menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25.11.2017-ci il saat 23:59-a qədər

Rəylər

rəy(lər)