5 Mart 16:57

Bayıl və Gənclik Bazarstore-da Karyera Günü !

İş axtaran şəxslər üçün fürsət! Bayıl və Gənclik Bazarstore-da Karyera Günü !

Bazarstore Mağazalar Şəbəkəsi İşə Qəbul ilə bağlı “Karyera günü” elan edir!

Dəyərli Namizədlər! Bazarstore şəbəkəsində karyera qurmaq istəyən şəxslər 10.03.2020-ci il saat 11:00 – 15:00 dək Bayıl və Gənclik Bazarstore mağazasına şəxsiyyət vəsiqələri ilə yaxınlaşmaları xahiş olunur. Karyera günündə iştirak etməklə siz İşə qəbul əməkdaşları ilə birbaşa görüşərək iş haqqında ətraflı məlumat əldə etmək və aktiv vakansiyalar üzrə dəyərləndirilmək şansı əldə edəcəksiniz.

Vakansiyalar: Satıcı (orta şöbə) | Kassir | Satıcı (soyuq qidalar) | Səbətçi

Gənclik mağazası
Ünvan: Nərimanov ray, Gənclik metrosunun çıxışı

Bayıl mağazası
Ünvan: Səbail ray, Neftçi Qurban Abbasov küç 74, (Bayıl dairəsinin yanı)

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsini gətirmək mütləqdir.

Bəyən və paylaş