Şənbə, 26 İyul, 2025

Bazar riskləri üzrə Analitik – mütəxəssis, aparıcı və baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 28 Sentyabr, 2021 - 10:40
Bazar riskləri üzrə Analitik – mütəxəssis, aparıcı və baş mütəxəssis vakansiyası

Kapital BanknamizədləriBazar riskləri üzrə Analitik – mütəxəssis, aparıcı və baş mütəxəssisvəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər: • Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi; • İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması; • Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə nəzarət edilməsi; • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi; • Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi; • Bazar riskləri sahəsində araşdırılma aparılması. Tələblər: • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil; • Qiymətli kağızlar haqqında yüksək bilik; • Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər. Üstünlük verilən bilik və bacarıqlar: • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; • CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır; • Əla səviyyədə praktiki Excel bacarıqları; • Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır; • İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır; • Müvafiq olaraq mütəxəssis, aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 1, 2 və 3 il iş təcrübəsi. Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa,[email protected]mailına müraciət edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 188
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 775
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 549
Azərbaycan Texnologi...