20 Fevral 23:53

BDU-nun jurnalistika fakültəsinin tələbələrinin diqqətinə!

“Tələbədən tələbəyə-5” layihəsinə start verilir. Mart-Aprel aylarını əhatə edəcək layihədə aşağıdakı təlimlər keçiriləcək:
1. Media tənqidi
2. Xəbərçilik
3. Redaktə
4. Video

5. Montaj
6. Radio jurnalistikası
7. Televiziya jurnalistikası
8. Fotojurnalistika
9. SMM ( Sosial Media Meneceri)

Seçilən iştirakçılar müstəqil xəbər yazmağı, materialları redaktə etməyi, foto və video çəkməyi, montaj, hazırladıqları məhsulları sosial şəbəkələrdə yerləşdirməyi və tanıtmağı öyrənəcəklər. Layihəni uğurla bitirən şəxslərə sertifikat veriləcək.

Təlimlərdə iştirak etmək istəyənlər CV-lərini bu linkdə doldura bilərlər. CV göndərənlər arasından seçilənlər müsahibədə iştirak etmək üçün dəvət olunacaqlar.

Təlimlərimiz hər həftənin şənbə günü 10:00-dan 13:00-a qədər davam edəcək. Təlimdə yalnız Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri iştirak edə bilərlər.
Son qeydiyyat tarixi: 28.02.2018

Ünvan: Zahid Xəlilov 23, BDU, 2 saylı tədris binası, II mərtəbə, 221-ci otaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)