25 Noyabr 00:47

BDU-nun jurnalistika fakultəsinin tələbələrinin nəzərinə

Müsabiqənin mövzusu:  “Azərbaycanda həyat sığortası”   

  • Müsabiqənin tələbləri: 
    • Müsabiqə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələrinə şamil olunur.
    • Müsabiqəyə 23 noyabr 2016-cı il tarixində start veriləcək.
    • Təqdim olunan məqalənin həcmi üçün minimum və maksimum hədd nəzərdə tutulmayıb.
    • Məqalə əhatə genişliyinə və dolğun məzmuna malik olmalıdır.
    • Müsabiqə ilə bağlı təqdim olunan materiallar ehuseynguluyev@pasha-life.az elektron ünvanına göndərilməlidir.
    • Məqalələrin son qəbulu günü 17 dekabr 2016-cı il tarixinədəkdir.
  • 2.0. Müsabiqənin iştirakçıları:

Tələbələr – BDU-nun  jurnalistika fakultəsinin tələbələri iştirak edə bilər.

  • Münsiflər heyəti

             Münsiflər heyəti “PAŞA Həyat Sığorta” ASC-nin və BDU-nun əməkdaşları.

  • Təqdim olunan yazıların Münsiflər heyəti tərəfindən yoxlanılması müddəti

Məqalələr 5 iş günü müddətində Münsiflər heyəti tərəfindən yoxlanılaraq tərtib olunmuş Forma üzrə müvafiq (1-dən 3-dək) ballar üzrə  qiymətləndirilir.

 

  • Müsabiqənin gedişinə nəzarət

Müsabiqə elan olunduğu gündən yazıların son qəbulu gününədək daxil olan bütün məqalələrə “PAŞA Həyat”ın İctimaiyyətlə əlaqələr xidməti və BDU-nin Mətbuat və informasiya şöbəsi tərəfindən nəzarət olunacaq. Saxta və müəllif hüquqlarının pozulması kimi faktlar aşkar              olduqda hazırlanan imza sahibi (tələbə) ilə əlaqə saxlanılaraq onun hazıladığı yazının müsabiqədən kənarlaşdırılacağı bildiriləcək.

  • Mükafatların yerlər üzrə məbləği
  • I yer       – 500 AZN
  • II yer      – 300 AZN
  • III yer     – 200 AZN
  • Qaliblərə pul mükafatından başqa «PAŞA Həyat» tərəfindən korporativ hədiyyələrin təqdim olunması nəzərdə tutulub. Bundan başqa, müsabiqədə I yerə layiq görülmüş məqalənin müəllifinin imzası ilə KİV-də (ölkənin ən aparıcı maliyyə saytında) dərc edilməsi də nəzərdə tutulub.
Bəyən və paylaş

Rəylər

rəy(lər)