15 Aprel 13:14

“BDU-nun Səsi” bədii yaradıcılıq layihəsinə start verilib

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Leder Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş  “BDU-nun Səsi” bədii yaradıcılıq layihəsinə start verilib. Müsabiqə xarakterli layihəyə 100-dən artıq tələbə müraciət emişdir. “BDU-nun Səsi” bədii yaradıcılıq layihəsi çərçivəsində 3 seçim turunun və Qala Gecəsinin keçirilməsi planlaşdırılmışdır. “BDU-nun Səsi” müsabiqə xarakterli bədii yaradıcılıq layihəsi əsas məqsədi Universitetdə bədii yaradıcılığın inkişafı və gənclərin bədii yaradıcılığa olan marağını artirmaq, gənclərin asudə vaxtında onları bədii yaradıcılıq festivallarına və müsabiqələrə cəlb etmək və onların musiqi bacarıqlarını inkişaf etdirmək, tələbələri vətənpərvər ruhunda və ümumilli lider Heydər Əliyev nümunəsində tərbiyə etmək ,u niversitet tələbələri arasında dostluq, əməkdaşlıq , rəqabət kimi münasibətlərin yaradılması, xüsusi istedada malik olan universitet gənclərinin yaradıcılıq potensialının inkişaf etdirilməsi, bu istiqamətdə istedadlı gənclərin aşkara çıxarılması və onların ictimaiyyətə təqdim olunmasıdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)