#
22 Oktyabr 18:43

“Behance” ilə birgə yaradıcı şəxslərin Portfoliolarına Baxış Günü

“YARAT” Müasir İncəsənət Məkanı yaradıcı işlərin onlayn nümayiş etdirilməsi və axtarışı üzrə qabaqcıl internet platforması olan, “Behance” ilə birgə yaradıcı şəxslərin Portfoliolarına Baxış Günü keçirir.

Behance – istedadlar qarşısında açılan imkanları genişləndirir eləcə də onlayn xidmətlər şəbəkəsi və yaradıcı şəxslərin özlərini tanıtdırmaq məqsədi ilə ixtisaslaşmış saytlarından yararlanmaq fürsətini təqdim edir. Behance yaradıcı şəxslərə fəaliyyətləri barədə internet məlumatlarını vahid məkanda yeniləməyə, bununla da həmin məlumatları dünya miqyasında daha səmərəli şəkildə yaymağa imkanlar yaradır. Behance-də qeydiyyatdan keçən istifadəçilər yeni əsəri necə yaratdıqlarını əvvəldən axıra kimi bu platformada nümayiş etdirə bilirlər; onlayn etimad xalları toplayır, karyera imkanlarını öyrənir, dünya miqyasında həmkarları ilə və rəhbər-təşkilatçılarla əlaqə qururlar.

Behance ildə iki dəfə Portfoliolara Baxış Həftəsi ( Portfolio Review Week) keçirir. Yaradıcılıqla məşğul olan şəxslərin bir yerə toplaşması üçün könüllülər tərəfindən hazırlanan bu tədbirlər silsiləsi artıq dünyanın yüzlərcə şəhərində təşkil olunmuşdur. 2012-ci ildə təşkil olunan birinci Portfoliolara Baxış Həftəsindən sonra, dünyanın səksən ölkəsində 1000-dən artıq belə tədbir keçirilmişdir. Qeyd olunan tədbirlərin hamısı yerli icma rəhbərləri tərəfindən təşkil olunmuşdur.

Azərbaycan istedadlarının daimi dəstəçisi olan YARAT Müasir İncəsənət Məkanı Portfoliolara Baxış Günü keçirmək məqsədi ilə artıq üçüncü dəfədir ki Behance ilə qeyd olunan sahədə tərəfdaşlıq münasibətləri qurur.

Görüşün əsas məqsədi yeni yaradıcı təfəkkürləri aşkar edib onları geniş topluma təqdim etməkdir. Bundan başqa tədbirin əsas qayəsindən biri yaradıcı şəxslərin virtual məkanda deyil real həyatda görüşüb müzakirə və ünsiyyət imkanlarını təmin etməkdən ibarətdir.

İştirak etmək istəyən yaradıcı təfəkkürlü şəxslərdən 5 noyabr 2015-ci il tarixindən gec olmamaq şərti ilə portfoliolarını [email protected] ünvanına göndərmək xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)