Belbinin Liderlik Konsepsiyası

Bugün bir çox təşkilatlar tərəfindən qəbul edilən ənənəvi liderlik modeli çox dəyişikliklərə məruz qalmışdır. Əvvəlki modellər liderlərin gücü vəzifədən, iyerarxiyadan aldığını və onu məcburetmə və qorxu vasitəsilə tətbiq etdiyini iddia edirdi. Liderlər çox vaxt öz maraqlarına xidmət edirdilər. Bu yanaşma Meredith Belbinin solo və komanda lideri konsepsiyasında öz əksini tapmışdır:

I. Solo lider

1. Hər detala müdaxilə edir

2. Komanda üzvlərinin onun üslub və davranış standartlarına uyğunlaşmasını gözləyir

3. Ətrafında onu sevənləri və daim dəstəkləyənləri birləşdirir

4. Komanda üzvlərinin fəaliyyətlərini istiqamətləndirir

5. Hədəfləri müəyyənləşdirir

II. Komanda lideri

1. Komandada öhdəlikləri üzvlərlə bölüşür

2. Komandada müxtəlifliyin qatdığı dəyəri anlayır

3.  Komanda daxilində yaradıcı müzakirələri dəstəkləyir və komanda üzvlərinin xüsusi bacarıqlarından çəkinmir

4. Komanda üzvlərinin inkişafına şərait yaradır

5. Strateji baxışı müəyyənləşdirir

No alt text provided for this image

Mənbə: SHRM Competency 2018, Leadership Approaces, Belbin’s Model of Team Leadership, Page 100

Bir cavab yazın

Back to top button