16 Fevral 11:14

Berlinli fotoqraf Sven Marquardt ilə görüş keçiriləcək

” ALTAR “- audiovizual instalyasiya
Berlinli fotoqraf Sven Marquardt
25 fevral – 7 mart 2018

” Kapellhaus “, Bakı, Azərbaycan
Vernisaj – 24 Fevral, 17:00
Fotoqraf ilə görüş – 24 Fevral, 19:00

Son on il ərzində Sven Marquardt Berlinin gecə həyatının məşhur şəxsiyyətlərini təsvir edən bir fotoqraf kimi beynəlxalq zirvəyə yüksəldi. Marquardt analoq avadanlıqdan istifadə etdiyi öz ağ-qara rəngli portretlərində dostlarını, həmkarlarını və yoldaşlarını təsvir etmişdir. Foto lentin yuyulması, aşkarı və çapa veriləcək fotoşəkillərin secilməsi bir neçə gün tələb edir. Bu, işin nəticəsinin səbirsizliklə gözlənildiyi bir dövrdür.
Goethe-Zentrum Baku tərəfindən “Kapellhaus”-a gətirilən “Altar” audiovizual instalyasiya Svenin tanınmış texno-klub fiquru DJ və musiqi prodyuseri Marcel Dettmannla əməkdaşlığının nəticəsidir. Onun musiqisi Sven Marquardtın dəyişən şəkillərində sürpriz və emosiyalar arasında balans yaradaraq sərginin ziyarətçilərində Berlinin gecə atmosferini yaşadır.
Sərginin açılışı Kapellhausda (28 May küçəsi, 35) şənbə günü 24 fevral tarixində olacaq. Vernisaj saat 17:00-da, saat 19:00-da isə Sven Marquardtla görüş keçiriləcək. (çıxış alman dilində, azərbaycan dilinə tərcümə ilə).

Sərgi martın 07-dək, hər gün saat 14:00-dan 20:00-dək davam edəcək.
Giriş sərbəstdir.
Məlumat üçün: +994 12 4938041

Bəyən və paylaş

Rəylər

rəy(lər)