Bəs, həzin musiqi nə vaxt və necə bizim üçün yaxşıdır?

David Bowie-nin 2013-cü ildə “Where Are We Now?” adlı pop mahnı yazır. 66-cı ad günündə yazdığı bu əsərdə hər şeyin müvəqqəti olduğunu, keçmişin geri qaytarıla bilməyəcəyini bildirir.
Əsər başlanğıcda uğur qazansa da, bir çox radio kanalları tərəfindən səssizcə efirdən çıxarılır.
Çünki mahnıdakı hüzn dinləyicilərə həddən artıq çox gəlirdi.
Bəs, həzin musiqi nə vaxt və necə bizim üçün yaxşıdır?
Opera müğənnisi və nevroloq İndre Viskontas musiqinin zehnimizə təsiri haqqında kitabında cavab verdi.
Məsələn, ağır bir itkinin ortasında və ya ayrılıqdan sonra hüzünlü bir parçaya qulaq asanda onu bəstələyənin hisslərimizi şərh etdiyini hiss edirik və özümüzü tək hiss etmirik. Prolaktin hormonunun ifrazına səbəb olan həzin musiqi bizi rahatlaşdırır və bu hissin içimizdə dərinləşməsinə mane olur.
Bəs niyə biz müəyyən musiqi parçalarını daha çox sevirik?
Biz tanışlığı yeniliklə birləşdirən və bu tarazlığa nail ola bilən parçaları bəyənirik. Beynimiz tanışı tutur, eyni zamanda yenini həll etməkdən həzz alır.
Musiqi zövqünün formalaşmasında iki amil həlledicidir: məruz qalma və hormonlar. Beləliklə, erkən uşaqlıq və yeniyetməlik musiqi zövqümüzün formalaşdığı iki əsas dövrdür.
...və son bir təklif: Musiqi və beyin sahəsində çalışan nevroloqlar deyirlər ki, əvvəllər eşitmədiyimiz müxtəlif musiqi növlərini vaxtaşırı dinləməklə zehnimizi məşq etməliyik. Xüsusilə caz və klassik musiqi (türk və ya qərb musiqisi) zehni tərbiyə edən janrlardandır.
Hazırladı: Edumap.az Təhsil Portalı
____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az