8 Fevral 17:34

Beton Laboratoriyası üzrə kiçik Mühəndis vakansiyası

VAKANSİYA ELANI

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Beton Laboratoriyası üzrə kiçik Mühəndis tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Laborator avadanlıqların saz vəziyyətdə olmasının təmin edilməsi
• İşlərin səmərəliliyini təmin etmək üçün iş qrafiklərinin hazırlanması
• ISO 9001, 14001 və OHSAS 18001 standartlarının tətbiqi və illik auditlərə hazırlıq
• Keyfiyyətə Nəzarət Planlarına əməl etmək və laborator avadanlıqları ilə uzlaşdırılmasını təmin etmək
• Əməyin təhlükəsizliyi və sağlamlıq qaydalarına əməl etmək və bütün laboratoriya əməkdaşlarının əməl etməsini təmin etmək
• Laboratoriya əməkdaşlarının laborator avadanlıqlar və sınaqlar haqda biliklərinin artırılması üçün təlimlərin keçirilməsi
• Məhsulun keyfiyyətinin monitorinqi, keyfiyyət dəyişikliklərinin təhlili və zəruri tədbirlərin təklif edilməsi
• Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və məruzə edilməsi
• Laboratoriya avadanlıqlarının daim işə hazır vəziyyətdə olmasının təmin edilməsi
• Laboratoriya və sənaye sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması
• Laboratoriya avadanlıqlarının anbardakı sayına nəzarət edilməsi və ehtiyac yarandığı halda yenisinin alınması üçün sifariş verilməsinin təşkili

Tələblər:

• Mühəndis kimyaçı və kimyaçı diplomu
• Əlaqədar sahədə 1 il iş təcrübəsi
• Laboratoriya avadanlıqları ilə işləmək təcrübəsi
• Beton və ya kimyəvi qatqı sənayeləri üzrə iş təcrübəsinə üstünlük verilir
• Beton nümunələrinin hazırlanması
• Sement laboratoriya sınaq avadanlıqları ilə iş təcrübəsi
• Laboratoriya beton sınaq avadanlıqları ilə iş təcrübəsi
• Tikintidə kimyəvi qatqılar üzrə laboratoriya sınaq avadanlıqları ilə iş təcrübəsi
• İdarəetmə sistemləri (ISO 9001, OHSAS 18001, ISO 14001) üzrə təcrübəyə üstünlük verilir

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 20/02/2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)