BEU Startup Bootcamp #1

“Startup Bootcamp” nədir?

“Startup Bootcamp” təşəbbüskarlara, ixtiraçılara və elm adamlarına “Design Thinking” (dizayn yanaşması) və “Lean Startup” (yalın startap) kimi metodikalardan istifadə etməklə öz innovativ biznes fəaliyyətlərinə başlamağın ən vacib vasitə və texnikalarını öyrədən bir günlük praktiki təlim proqramıdır. Bir günlük proqram ərzində iştirakçılar real biznes modelin qurulmasında yarana biləcək hər hansı maneəni müəyyənləşdirmək və aradan qaldırmaq üçün lazım olan bacarıqları əldə edəcəklər.
“Tez yıxıl, daha tez öyrən” şüarına əsaslanan proqramda iştirakçılarımız gələcək layihələrində tətbiq edə biləcəkləri alətlər və metodlar əldə edərək bir gün ərzində praktiki bacarıqlar qazanacaqlar.

İştirakçılar proqram təlimçisi və mentorların rəhbərliyi altında praktiki təlimlər keçərək “Startup Bootcamp” kampının sonunda qurduqları altı yeni innovativ biznes layihəsini startap ekosistemindən olan ekspertlərə təqdim edəcəklər. Qalib komanda mükafat olaraq Bakı Mühəndislik Universitetinin Texnoparkında inkubasiya xidməti alacaq (ofis, 3 nəfərlik iş masası, komputer, internet, PR və şəbəkə dəstəyi).

KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

Müraciətlər hərkəsə açıqdır!

– Təşəbbüskarlar və Sahibkar olmaq istəyənlər
– Gənc Peşəkarlar
– Sosial İşçilər
– Məzunlar və Universitet Tələbələri

GÜNDƏLİK

9:30 – Qeydiyyat, səhər yeməyi və tanışlıq
10:00 – İnnovativ Startap ideyaları
10:30 – İnnovasiyada “Design Thinking” prosesi
11:00 – 6 komanda şəklində qruplaşdırılma
11:15 – Çay Fasiləsi
11:30 – “Design Thinking” mövzusunda workshop (praktik hissə)

12:30 – Nahar Fasiləsi

13:30 – WWH of the Business Model Canvas
14:00 – Biznes Model Canvas” mövzusunda workshop (praktik hissə)
14:45 – Çay Fasiləsi
15:00 – “Perfect Idea Pitch”necə inkişaf etdirmək olar
15:30 – “Pitch Deck Development” (praktik hissə)
17:00 – Sınaq təqdimatı
17:30 – Ekspertlər qarşısında təqdimat və sual-cavab

18:30 – Çay fasiləsi & Qiymətləndirmə

18:45 – Ən innovativ startapın və ən yaxşı təqdimatçının elan olunması
19:00 – Ekspertlər tərəfindən yekun qeydlər
19:15 – Fotosessiya
19:30 – Günün sonu

İŞTİRAKÇILAR NƏLƏR ƏLDƏ EDƏCƏK:

– Öz startaplarını qurmaq üçün vacib alətlər və bacarıqlar qazanacaq;
– Qazandıqları bilikləri praktiki olaraq istifadə edərək eyni gündə ilk innovativ biznes layihəsi modelini quracaq;
– Ekspertlər və bu sahədə uğur qazanmış gənclərlə (changemakers) tanışlıq əldə edəcək;
– Bütün iştirakçılara “Innovation Practitioner” sertifikatı veriləcək;
– Qalib komandanın bütün üzvlərinə “Ən İnnovativ Startap” sertifikatı veriləcək;
– Ən yaxşı təqdimat edən komandanın bütün üzvlərinə “Ən Yaxşı Təqdimatçı” sertifikatı veriləcək;
– Tədbir ərzində istifadə olunan materialları bütün iştirakçılar əldə edəcək;
– “Social Innovation Lab” üzvlüyünə 50% endirim əldə edəcək.

Ən əsası, həyatınızda ən çılğın, ən məhsuldar və əyləncəli şənbə günü olacağına söz veririk!

NƏ VAXT VƏ HARADA?

“Starup Bootcamp” dövri olaraq 3 aydan bir şənbə günləri Bakı Mühəndislik Universitetinin Texnoparkında təşkil olunacaq.

YEMƏK VƏ İÇKİLƏR?

Kamp proqramına yüngül səhər yeməyi, nahar yeməyi və 3 çay fasiləsi daxildir.

“STARTUP BOOTCAMP”IN TƏŞKİLATÇISI KİMDİR?

Tədbir BMU Texnoparkı tərəfindən təşkil olunur və “Social Innovation Lab” proqrama tərəfdaş kimi dəstək olur.

İŞTİRAK HAQQI NƏ QƏDƏRDİR?

Proqramda iştirak ödənişsizdir və proqrama yalnız 30 iştirakçı qəbul olunacaqdır! Odur ki, proqrama qeydiyyata tələsin!

NECƏ QEYDİYYATDAN KEÇMƏLİ?

Bu linkdən https://beutechnopark.typeform.com/to/H61Nm0 qeydiyyatdan keçin və ya +99477 590 6095 nömrəsinə zəng edin.

Rəylər

rəy(lər)