21 Oktyabr 07:17

Beynəlxalq müzakirələr / Kurator ilə görüş / Nav Haq (Böyük Britaniya)

YARAT Müasir İncəsənət Məkanı Antverpen şəhərində yerləşən “MuHKA” Müasir İncəsənət Muzeyinin kuratoru Nav Haq ilə görüş tədbirinə ev sahibliyi etməsini qürur hissi ilə elan edir.

Nav Haq Antverpendə yerləşən “MuHKa” müasir incəsənət muzeyində sərgilər üzrə kuratordur. Əvvəllər o, İngiltərənin Bristol şəhərində yerləşən “Arnolfini” Beynəlxalq İncəsənət Mərkəzində sərgilər üzrə kurator vəzifəsində çalışıb. O, 2007-ci ilin yayında Belçikada keçirilən 3-cü Contour. Biennial of Moving İmage tədbirinin kuratoru olmuş və bu yaxınlarda Londonda “Book Works” təşkilatına dəvət olunmuş redaktor qismində cəlb edilmiş və orada qısa müddət ərzində bir sıra rəssamlar haqqında kitabları redaktə etmişdir. Həmçinin Londonda yerləşən “Gasworks”da kurator kimi çalışmışdır. Haq bundan əvvəl müasir incəsənətdə sinif hegemoniyası mövzusunu araşdıran, dövrümüzün sərgi konsepsiyası və incəsənət tədqiqatlarını özündə birləşdirən – “Lapdogs of the Bourgeoisie” layihəsinə Tirdad Zolghadr ilə birgə kuratorluq etmişdir. O, Londonda “Whitechapel Gallery” və Bristolda “Spike Island” kimi təşkilatlarda çalışdığı zaman peşəkar təcrübəsi əsasında özünün kurator yanaşmasını işləyib hazırlamışdı. O, 2013-cü il üçün açılışı planlaşdırılmış “Guggenheim Abu Dhabi” muzeyinin, eləcə də, Pekində bu yaxınlarda açılmış “Iberia Art Center”in məsləhətçi kuratorudur. Haq bir neçə beynəlxalq incəsənət jurnallarına, o cümlədən “Art Review”, “Bidoun, “Frieze” və “Yishu: Journal of Contemporary Chinese Art”a incəsənət mütəxəssisi kimi öz töhfəsini vermişdir. Nav “Arnolfini” Beynəlxalq İncəsənət Mərkəzində “Good life” layihəsini idarə etmişdir.

Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcəkdir.

Vaxt:22 oktyabr saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)