14 Dekabr 14:32

Beynəlxalq vergi hüququ (giriş)

BDU Hüquq Fakültəsi tələbə Gənclər Təşkilatı hüquq fakültəsi tələbələrini 18.12.2015-ci il tarixində beynəlxalq ümumi hüquq kafedrasının müəllimi,PwC Azərbaycanın İdarəedici Partnyoru Mövlan Paşayev tərəfindən “Beynəlxalq vergi hüququ(giriş)”mövzusunda aparılacaq təlimə dəvət edir!
Müasir dünyada vergilər dövlətin maliyyə təminatında və şirkətlərin maliyyə siyasətinin müəyyən edilməsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, həm də beynəlxalq iqtisadi əlaqələrin və münasibətlərin tənzimlənməsində böyük rol oynayır.Bu baxımdan dövlətlər öz maraqlarının müdafiəsi üçün vergi vasitəsilə müxtəlif maneə və məhdudiyyətlər qoyur.Dövlətin həyata keçirdiyi xarici iqtisadi fəaliyyətin səmərəliliyi, ilk növbədə, ölkədəki mövcud mürəkkəb və çoxpilləli vergi sistemindən asılıdır. Hər bir dövlət qüvvədə olan qanunları ilə öz ərazisində vergitutma sisteminin strukturunu, vergi dərəcələrini və vergilərin tutulması mexanizmini müəyyən edir.Dövlətin iqtisadi-siyasi həyatında oynadığı mühüm rol nəzərə alınaraq təlimdə vergi münasibətlərinə müxtəlif aspektlərdən(beynəlxaql və dövlətdaxili)aydınlıq gətiriləcək.
Təlim BDU 1 saylı korpus,901-ci auditoriyada saat 13:40 -da baş tutacaq.

Təlimdə iştirak etmək istəyən tələbələrdən ad,soyad,qrup,kurs və əlaqə nömrələrini qeyd edərək [email protected] adresinə göndərmələri xahiş olunur.Təlimdə ilk olaraq qeydə alınmış 40 tələbənin iştirakı və iştirakçılara sertifikatların təqdim olunması nəzərdə tutulur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)