Cümə axşamı, 21 Avqust, 2025

“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursuna müraciətlər qəbul edilir


  • Dərc edildi: 9 Fevral, 2022 - 10:52
“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursuna müraciətlər qəbul edilir

“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursuna müraciətlər qəbul edilir   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyiişsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələrin tədrisini vəmüxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin iş ilə təmin edilmələrinə dəstəktədbirlərini davam etdirir. “Peşə öyrən, işsiz qalma” devizi iləişsiz və işaxtaran şəxslərinməşğulluq imkanlarının artırılması məqsədilə“beynəlxalq daşımalar üzrə sürücü” peşəsiüzrə təlim kursu keçiriləcək. Kursa müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunmasıməqsədilə müsahibəyə cəlb olunacaq, daha sonra isə uyğun namizədlərin kurs üçün qeydiyyatı aparılacaq.Peşə hazırlığı kursunu uğurla bitirən müdavimlərə beynəlxalq daşımalar üzrə müvafiq sertifikat təqdim ediləcək və onların iş ilə təmin olunmasına dəstək göstəriləcək. Peşə hazırlığı kursunun təşkili zamanı Vətən müharibəsi iştirakçıları və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər. “Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursunda iştirak etmək istəyən və “E” kateqoriyalı sürücülük vəsiqəsi olan işsiz şəxslər Bakı şəhəri üzrə “DOST” Mərkəzlərinə, bölgələr üzrə Ərazi Məşğulluq filiallarına yaxınlaşmaqla və yahttps://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasimüraciət linkini doldurmaqla (Yük daşıma mütəxəssisi peşəsini seçərək) qeydiyyatdan keçə bilərlər.

____________________________________________________________________________________________________________________

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 260
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 57
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7155
Sumqayıt Dövlət Univ...