“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursuna müraciətlər qəbul edilir

“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursuna müraciətlər qəbul edilir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyiişsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələrin tədrisini vəmüxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin iş ilə təmin edilmələrinə dəstəktədbirlərini davam etdirir.
advertisement
“Peşə öyrən, işsiz qalma” devizi iləişsiz və işaxtaran şəxslərinməşğulluq imkanlarının artırılması məqsədilə“beynəlxalq daşımalar üzrə sürücü” peşəsiüzrə təlim kursu keçiriləcək.

Kursa müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunmasıməqsədilə müsahibəyə cəlb olunacaq, daha sonra isə uyğun namizədlərin kurs üçün qeydiyyatı aparılacaq.Peşə hazırlığı kursunu uğurla bitirən müdavimlərə beynəlxalq daşımalar üzrə müvafiq sertifikat təqdim ediləcək və onların iş ilə təmin olunmasına dəstək göstəriləcək.

advertisement Peşə hazırlığı kursunun təşkili zamanı Vətən müharibəsi iştirakçıları və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər.

“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursunda iştirak etmək istəyən və “E” kateqoriyalı sürücülük vəsiqəsi olan işsiz şəxslər Bakı şəhəri üzrə “DOST” Mərkəzlərinə, bölgələr üzrə Ərazi Məşğulluq filiallarına yaxınlaşmaqla və yahttps://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasimüraciət linkini doldurmaqla (Yük daşıma mütəxəssisi peşəsini seçərək) qeydiyyatdan keçə bilərlər.
____________________________________________________________________________________________________________________



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az