Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası“Beynəlxalq əlaqələr şöbəsinin müdiri” vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
• Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, təhsil müəssisəsinin beynəlxalq səviyyədə brendinin formalaşdırılması və inkişafı yolunda mütəmadi olara səmərəli işlərin görülməsi;
• Xarici tərəfdaş ali təhsil müəssisələri ilə professor-müəllim və tələbə heyətinin mübadiləsinin təşkilinin təmin edilməsi;
• İkitərəfli ali təhsil müəssisələrinin mobillik müqavilələri, Erasmus Mundus, TEMPUS, Erasmus + kimi müxtəlif mobillik proqramları vasitəsi ilə işçi, tələbə heyəti və tədqiqatçı mobilliyinin inkişaf etdirilməsi və idarə edilməsi;
• Beynəlxalq tərəfdaş sayılan ali təhsil müəssisələri ilə müqavilələrin hazırlanması;
• Akademiyanın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici təhsilə dair tədbirlərdə təmsil olunması;
• Akademiya daxilində beynəlxalq konfranslar, seminarlar və digər tədbirlərin təşkili;
• Təhsil siyasətinin inkişafı naminə layihələrin həyata keçirilməsi;
• Akademiyanın beynəlxalq akkreditasiyasından keçməsinə hazırlıq;
• Beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsi və fəaliyyət planının yaradılması;
• Əməkdaşların beynəlxalq ezamiyyələrinin rəsmiləşdirilməsinin təmin edilməsi;
• Beynəlxalq əməkdaşlıq üzrə tələbələr üçün yaradılmış imkanların genişləndirilməsi və idarə edilməsi;
• Əcnəbi vətəndaşlarla işlərin aparılması; Əcnəbi vətəndaşların Akademiyada təhsil almalarının təşkili;
• Xarici təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması;
• Xarici vətəndaşlarla iş, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması;
• Gündəlik sənədləşmə işinin aparılması; mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması;
• Xərici ölkələrdən cəlb olunmuş professor-müəllim heyətinin sənədləşmə işinin aparılması;
• Rəhbərliyin digər tapşırıqlarının icra olunması.
Namizədə dair tələblər:
• Təhsil sahəsində beynəlxalq əlaqələr üzrə praktik iş təcrübəsi - ən azı 5 il;
• Aidiyyəti ali magistr təhsili;
• Siyasi elmlər, beynəlxalq münasibətlər, beynəlxalq təcrübə, innovativ layihələr, habelə beynəlxalq tendensiyalar sahəsi üzrə biliklər;
• Azərbaycan, ingilis və rus dillərin səlis bilmək və işgüzar yazışmalar aparmaq qabiliyyəti;
• MS Office daxil olmaqla kompüter bacarıqları;
• Diplomatiya və məxfilik daxil olmaqla mükəmməl şəxsiyyətlərarası yazılı və şifahi ünsiyyət bacarıqları;
• Dəqiqlik, məsuliyyət, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək, güclü kommunikasiya qabiliyyəti və komandada işləmək bacarığı.
İş şərtləri:
• Həftə içi 5 gün: 09:00 – 18:00-dək , (nahar vaxtı saat 13:00-14:00).
• Əmək haqqı – razılaşma yolu ilə
• Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Son müraciət tarixi:15.08.21
Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV formasını “[email protected]” elektron ünvanına göndərərək “mövzu” xanasına vakant vəzifənin adını qeyd etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur