1 Fevral 14:43

“Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda seminar keçiriləcək

“Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda seminar keçiriləcək

4 fevral 2019-cu il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin Elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” adlı seminar keçiriləcək.

Seminarda “Web of Science” platformasına daxil olan jurnallar, elmi məqalələrin təqdim edilmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən bəhs ediləcək.

Ünvan: Bakı şəh., H.Cavid pr. 129 (IV mərtəbə).

Bəyən və paylaş

Rəylər

rəy(lər)