6 Avqust 15:27

“Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbiri keçiriləcək

8 Avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) tərəfdaşlığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən “Globus Center”də 12 Avqust “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş tədbiri keçiriləcək.
2019-cu il Beynəlxalq Gənclər Gününün konsepti “Təhsildə Transformasiya”-dır (IYD2019 “Transforming Education”). Tədbir BMT-nin 2030 Gündəliyinə uyğun olaraq hazırlanmış və 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan “Keyfiyyətli Təhsil”in təbliği və inkişafına həsr olunmuşdur. 2019-cu il Beynəlxalq Gənclər Günü keyfiyyətli təhsili təmin etmək və inklüziv cəmiyyətlərdə gənclərin rolunu artırmaq üçün cari bilik və təcrübələrin vurğulanmasına həsr olunacaq.
Bu münasibətlə NAYORA, Beynəlxalq Gənclər Gününü quruma üzv olan və üzv olmayan təşkilatların nümayəndələri ilə birlikdə qeyd etməyi planlaşdırır.

Tədbirdə gəncləri mədəni-musiqili konsert, fərqli peşə sahiblərinin TEDx çıxışları, xarici ölkələrin millli rəqsləri, məşhur musiqi qruplarının ifaları, gənclər gününə həsr olunmuş oyunlar, müxtəlif hədiyyələr və yekunda isə şam yeməyi gözləyir. Tədbir zamanı gənclərin iştirakı ilə keçiriləcək oyunlar inklüzivliyin artırılması və gənclər arasında bilik və bacarıqların bölüşməsinə həsr olunacaq. TedX çıxışında Hava Gəmisi Komandiri Cəlal Rəhimov, alpinist, səyahətçi Baba Ağayev, fotoqraf İradə Qədirova və jurnalist, aktrisa Cəmilə Məmmədli iştirak edəcəklər.
Gələcəyimiz yeni üfüqlər, yaradıcı fikirlər və istedadlı gənclər olacaqdır.
Müraciətlərin çox olacağını nəzərə alaraq aşağıda qısa qeydiyyat linkini təqdim edirik.
Qeydiyyat linki: http://bit.ly/2yJ8VO0

Bəyən və paylaş

Rəylər

rəy(lər)