30 İyul 10:51

“Beynəlxalq humanitar hüququn beynəlxalq münasibətlərdə rolu: yeni çağırışlar və gələcəyə baxış”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (Azərbaycan Xarici İşlər Nazirliyi/Ministry of Foreign Affairs of Azerbaijan) və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyi (International Committee of the Red Cross Azerbaijan) Cenevrə Konvensiyalarının 70 illiyinə və Azərbaycan diplomatik xidmətinin yaranamasının 100 illiyinə həsr olunmuş inşa müsabiqəsi elan edir. Müsabiqənin mövzusu belədir: “Beynəlxalq humanitar hüququn beynəlxalq münasibətlərdə rolu: yeni çağırışlar və gələcəyə baxış”.

➡️ İnşa tələbləri:

– İnşa ingilis dilində yazılmalıdır
– 3000-4000 söz aralığında olmalıdır (5-7 səhifə)

➡️ Qaliblər:
– I yer diplom və 2 oktyabr, 2019-cu il tarixində Genevada Qırmızı Xaç Komitəsinin 150 illiyinə həsr olunacaq konfransda iştirak haqqı əldə edəcək;
– II yer diplom və komputer qazanacaq;
– III yer diplom və humanitar hüquq və xarici əlaqələr haqqında müxtəlif kitablar qazanacaq.
🔹Hər 3 qalib Xarici İşlər Nazirliyinin muzeyini ziyarət edəcək.

❗️Müraciət üçün son gün: 12 Avqust, 2019
🔗 Ətraflı məlumat və müraciət üçün link: https://bit.ly/2XRGfN7
🗓❗️Nəticələrin elan olunma tarixi: 9 Sentyabr, 2019
İnşaları [email protected] mailinə göndərə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)