23 İyun 15:40

“Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq” Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcək

İyunun 27-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Azərbaycan / SMB Azerbaijan) birgə təşkilatçılığı ilə “Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq” Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcək.
İnnovativ biznes layihələri, ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyəti olan 16-29 yaş kateqoriyasında gənclər və sahibkarlar Foruma dəvət edilir.
Forumda iştirak etmək istəyən gənclər və sahibkarlar qeydiyyatdan keçmək üçün aşağıda qeyd edilmiş linkə daxil olaraq tədbirdə iştirak üçün müraciət edə bilərlər.

Link: https://docs.google.com/…/1FAIpQLSfIMqKIaXjwwhmyXl…/viewform

Tədbir çərçivəsində gənc sahibkarlar üçün mövcud dövlət dəstəyi mexanizmləri, yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün məlumatlandırma sessiyalarının təşkili də nəzərdə tutulur.
Forumda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.
Son müraciət tarixi 25 iyun saat 18:00-dır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)