2 May 17:43

“Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçiriləcək

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

 Beynəlxalq münasibətlərin aktual problemləri

mövzusunda Respublika    elmi konfransı

Hörmətli həmkarlar! 25 oktyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın  bölmələri :

  1. Heydər Əliyev irsi və Beynəlxalq münasibətlər
  2. Beynəlxalq münasibətlər: tarix və müasirlik
  3. Beynəlxalq və regional təhlükəsizlik problemləri
  4. Beynəlxalq sosial-iqtisadi və mədəni-humanitar əlaqələr
  5. Azərbaycan Beynəlxalq münasibətlər sistemində

 

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir.

Tezislərin son göndərilmə tarixi:                                          25 iyun   2019-cu il

Tezislərin qəbul olunması haqqında məlumat:                  15 iyul  2019-cu il

Tezislərin tərtibinə qoyulan tələblər:  

  • müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
  • təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
  • tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
  • tezislərin həcmi – 1-3 səhifə
  • açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
  • tezislər Times New Roman şrifti, 12 pt ilə;
  • yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
  • sətirlərarası məsafə (interval) –1,5 sm;
  • ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir [Əhmədov, 2016, 1-2], ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür.
  • tezislər elektron və ya kağız variantda təqdim olunmalıdır;
  • 25 iyundan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.          

Konfrans ADU-nun əsas binasının akt zalında keçiriləcək.

Konfransın təşkilat komitəsi  : Beynəlxalq Münasibətlər və İdarəetmə fakülıtəsi

Ünvan:  Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsi 134, Azərbaycan Dillər Universiteti,

Elmi əməkdaşlıq  şöbəsi (302-ci otaq).

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 12) 441 22 78

(+ 994 12) 440 47 85

E-mail:  [email protected][email protected]

QEYDİYYAT VƏRƏQİ

“Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda Respublika elmi konfransı

İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı                                                     
Təmsil etdiyi müəssisə, şəhər 
   Iştirak forması (qiyabi və ya əyani) 
Telefon nömrəsi, elektron ünvanı 
Bəyən və paylaş

Rəylər

rəy(lər)