16 May 18:06

“Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq

Tariximiz və mədəniyyətimizlə daha yaxından tanış olmaq üçün əla fürsət! 🇦🇿
18 may tarixində İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq. Bu münasibətlə aşağıdakı muzeylərdə “Açıq Qapı” günü elan edilir:

Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan Xalça Muzeyi

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

Filial: Niyazinin Xatirə Muzeyi

Filial: V.Mustafazadənin Xatirə Muzeyi

Filial: Xalq çalğı alətləri şöbəsi

Qara Qarayevin Ev-Muzeyi

Azərbaycan İstiqlal Muzeyi

Ü.Hacıbəylinin Ev-Muzeyi

Səməd Vurğunun Ev-Muzeyi

Bülbülün Memorial Muzeyi

Məmməd Səid Ordubadinin Xatirə Muzeyi

C.Məmmədquluzadənin Ev-Muzeyi

Əzim Əzimzadənin Mənzil-Muzeyi

Nəriman Nərimanovun Xatirə Muzeyi

Abdulla Şaiqin Mənzil-Muzeyi

L.və M. Rostropoviçlərin Ev-Muzeyi

Səttar Bəhlulzadənin Ev-Muzeyi

Bəyən və paylaş

Rəylər

rəy(lər)