Çərşənbə, 3 Sentyabr, 2025

Beynəlxalq olimpiadadan 4 medal


  • Dərc edildi: 12 Noyabr, 2021 - 09:49
Beynəlxalq olimpiadadan 4 medal

8-11 noyabr 2021-ci il tarixlərində Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadası (https://en.iafpho2021.uz) keçirilib. Rusiya, Türkiyə, Tayland, Malayziya kimi 19 fərqli ölkədən şagirdlərin qatıldığı olimpiadada Azərbaycanı təmsil edən məktəblilərimiz uğurlu nəticə göstərərək 4 medal əldə edib. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin XI sinif şagirdi Fəxriyyə Məmmədova və Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev gümüş, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Rüfət Məmmədov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramin Qasımlı bürünc medal qazanıblar.   Məktəblilərimizi təbrik edir, uğurlar arzulayırıq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1078
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 242
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8061
Sumqayıt Dövlət Univ...