8 Noyabr 15:06

“Beynəlxalq təhsil modellərinə praktik yanaşma: təcrübənin bölüşməsi” adlı elmi-praktiki konfrans keçiriləcək

“Green Start” Academy və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər Universitetində “Beynəlxalq təhsil modellərinə praktik yanaşma: təcrübənin bölüşməsi” adlı elmi-praktiki konfrans keçiriləcəkdir. Könfrans 16 noyabr 2019-cu il saat 11-da baş tutacaqdır. Konfrans haqqında ətraflı məlumatla aşağıda qeyd olunmuşdur. Tarix: 16 noyabr, 2019-cu il. Saat: 11:00 – 14:00 Məkan: Bakı şəhəri, Xəzər Universiteti (Əsas korpus: Neftçilər m-st. yaxınlığı) Saat 11:00

Çıxışlar:

• Green Start Academy

• Gənclərin Töhfəsi İctimai Birliyi

• Xəzər Universiteti

• Azərbaycan Respublikasının Təhsil Nazirliyi

• Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri: professor Şahlar Əskərov

Saat 11:30 Təlim 1

– Ümumi məlumat:

– Kifayət Məmmədova

– Azərbaycan Respublikası Təhsil İnstitutunun baş mütəxəssisi: “Təhsilin inkişafı: Respublikada və beynəlxalq aləmdə”

Saat 11:45 Təlim 2

– Finlandiya təcrübəsi:

Şirin Məmmədova

– 60 nömrəli tam orta məktəb, Dövlət Dəniz Akademiyası və Xəzər Universitetinin müəllimi, təlimçi: “Finlandiya və Azərbaycan təhsil sistemləri arasında aparılan paralellər”

Saat: 12:30 – Coffee break, musiqi dəqiqələri və fotosessiya

Saat 12:45

Təlim 3

– İngiltərə təcrübəsi:

Nilufər Əlizadə

– Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi: “Təhsil psixologiyası” Saat 13:15 “Bir müəllimin uğuru”

– Uğurumuzu paylaşaq

Saat 13:30 Təlim 4

– Dubay təcrübəsi:

İlkin Həsənov – Təhsildə Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru: “Dubay təcrübəsi: nə qədər uzaqdayıq?!”

Saat 14:00

“Bir müəllimin uğuru” – Uğurumuzu paylaşaq

Saat: 14:15

Təhsil ekspertlərinin rəyləri və ümumi nəticə

Saat 14:30 Konfransın bağlanışı Kollektiv şəkil çəkdirmək Qiymət: 25 AZN

Qiymətə daxildir:

• 3 saatlıq seminar

• Spikerlərlə qarşılıqlı fikir mübadiləsinin aparılması

• Sertifikat

• Coffee break

• Seminarın promo materialları

• Video və foto görüntülər

Bəyən və paylaş

Rəylər

rəy(lər)